Səbinə Əvəzqızı xərçəngə tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış jurnalist Səbinə Əvəzqızında xərçəng xəstəliyi aşkarlanıb.
BAKU.WS xəbər verir ki, yaxınları “Qafqazinfo”ya bildirib ki, hazırda jurnalistin xəstəliyi ağır fazadadır. Həkimlər S.Əvəzqızının müalicə ilə sağala biləcəyini bildiriblər. Lakin bunun üçün təcili müalicəyə başlanılmalıdır.
Müalicə üçün böyük məbləğ tələb olunduğu üçün S.Əvəzqızının ailəsi bunu qarşılaya bilmir.
Qeyd edək ki, S.Əvəzqızı 1990-cı illərdən jurnalistika fəaliyyəti ilə məşğul olur. “Yeni Müsavat”, “Gün Səhər” qəzetlərində, “Həftə içi” qəzetinin Hafta.az saytında işləyib.
Hazırda Lent.az saytının redaktorudur.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...