Samuxda 5 nəfər qidadan ZƏHƏRLƏNİB
Samux rayonunda qidadan kütləvi zəhərlənmə olub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
İlkin məlumata görə, zəhərlənmə səbəbindən 5 nəfər Gəncə şəhərində yerləşən Abbas Səhhət adına Birləşmiş Xəstəxananın İnfeksion xəstəliklər bölməsinə yerləşdirilib.
Məlumata əsasən, zəhərlənmənin ət məhsulundan baş verdiyi ehtimal olunur. Xəstəxanaya yerləşdirilən şəxslərin Kəlbəcər və Daşkəsən rayonlarından, həmçinin Gəncə şəhərindən olduğu bildirilir.
Xəstəxanaya yerləşdirilənlər 1984-cü il təvəllüdlü Seymur Əliyev, 1986-cı il təvəllüdlü Elçin Cabbarov, 1975-ci il təvəllüdlü Mehriban Orucova, 1980-ci il təvəllüdlü Azər Allahverdiyev və 1976-cı il təvəllüdlü Məlahət Allahverdiyevadır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda virus dalğası BAŞLAYIB? - RƏSMİ
Son günlər Azərbaycanda hava qeyri-sabit keçsə də, temperatur dəyişiklikləri olsa da hazırda ölkədə epidemioloji vəziyyətdə qeyri-adi artım və ya kəskin yoluxma...