Şadlıq sarayları ilə bağlı mühüm AÇIQLAMA - Sentyabrın 13-dən etibarən...
Ölkə ərazisində fəaliyyət göstərən şadlıq sarayları və ictimai iaşə obyektlərindən havaya atılan tullantıların mövcud ekoloji normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən sentyabrın 13-dən etibarən ictimai iaşə obyektləri və şadlıq saraylarının ətrafında ölçmə işləri aparılacaq.
Qeyd olunub ki, monitorinqlər zamanı havaya normadan artıq tullantı atan obyektlər müəyyən ediləcək və onlar barəsində qanunamüvafiq tədbirlər görüləcək.
"Obyekt sahiblərini əvvəlcədən xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar və qurğuların filtrlərini vaxtında yeniləsinlər".
Oxşar xəbərlər
Nizami Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında sistem şlanqı tapılmır?
Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu. Valideyn bu iddia ilə sosial şəbəkədə paylaşım edib. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki...