Şadlıq sarayındakı "yemək qalmaqalı" səngimir: "Kimə nə aidiyyəti var?

Şadlıq sarayındakı yemək qalmaqalı səngimir: Kimə nə aidiyyəti var?
Video
Sosial 83

Toy mərasimində qonaqlara yeməyin çatmaması və sifariş edilən məhsulların gizlədilməsi iddiaları müzakirələrə səbəb olub.

Bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan görüntülərin Sabirabad rayonunda keçirilən toylardan birində lentə alındığı bildirilir. Toy sahibinin gizlədildiyi iddia etdiyi yeməkləri aşkarlaması isə geniş rezonans doğurub.

Məsələ ilə bağlı toy sahibi Baku TV-yə bildirib ki, mərasim zamanı hirslənsə də, sonradan götürülən yeməkləri halal edib:

"Toy mənimdir. Orada edilən söhbətin kimə nə aidiyyəti var?! Mən halallığını vermişəm, nə götürüblərsə, halal xoşları olsun. Burada nə var ki? Kimsə düşmənçiliklə çəkib".

Bəs bu kimi hallar hüquqi müstəvidə necə tənzimlənir?

Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, tərəflərin razılaşması əsasında tədbirin təşkili şadlıq sarayına həvalə edilirsə, bu zaman onlar arasında xidmət müqaviləsi bağlanmış hesab olunur:

"Müqavilə həm yazılı, həm də şifahi formada bağlana bilər. Yazılı xidmət müqaviləsində tədbirin təşkili şərtləri, qonaqların sayı, ödəniş qaydası, xidmətin keyfiyyəti və digər məqamlar dəqiq şəkildə müəyyən edilir. Müqavilə şərtləri pozulduğu halda tərəflərdən biri digərindən dəymiş zərərin ödənilməsini tələb edə bilər".

Beləliklə, toy mərasimlərində yaranan bu cür mübahisələr təkcə tərəflər arasında anlaşılmazlıq deyil, həm də xidmət sektorunda müqavilə mədəniyyəti və şəffaflıq məsələsini gündəmə gətirir. Mütəxəssislər bildirirlər ki, menyuda konkret miqdarların göstərilməsi, qalan yeməklə bağlı qaydaların əvvəlcədən razılaşdırılması və nəzarət mexanizmlərinin gücləndirilməsi narazılıqların qarşısını ala bilər. Əks halda, oxşar halların yenidən baş verməsi qaçılmazdır.

Oxşar xəbərlər

Son xəbərlər