ŞAD XƏBƏR - Sabahdan bəzi ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq

"Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, sabahdan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır. Yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin və eləcə də qiymətin azalmasına səbəb ola bilər".
BAKU.WS xəbər verir ki, bu fikirləri iqtisadçı-deputat Vüqar Bayramov paylaşım edib.
O bildirib ki, artıq sabahdan teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən əlavə dəyər vergisinin 50 faizi ("ƏDV cashback") geri qaytarılacaq:
"Yəni, mədəniyyət xidmətləri üzrə də keşbek tətbiq olunacaq".
Deputat qeyd edib ki, digər dəyişiklik mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma verilməsidir:
"Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt 90 faizə qaldırıldı. Mövcud qanunveiriclik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilib".
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslərə güzəştli şərtlərlə pensiya almaq hüququ verilib
Nazirlər Kabineti 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başq...
