Şabranda çay yatağı "zibil poliqonu"na çevrilib, icra hakimiyyəti cərimələrin tətbiqinə hazırlaşır
Dəvəçiçay çayının Şabran şəhərindən keçən hissəsinin müxtəlif tullantılarla doldurulması əraziyə zibil atan sakinlərin cərimələnməsini gündəmə gətirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Dəvəçiçay çayının Şabran şəhərinin mərkəzindən keçən hissəsi məişət tullantıları, plastik qablar və tikinti qalıqları ilə zibillənib.
Bəzi sakinlərin tullantıları birbaşa çay yatağına atması nəticəsində burada qalaqlanan zibillər, həmçinin çaya axıdılan çirkab suları ətrafa dözülməz üfunət qoxusu yayır. Bu isə ekosistemə ziyan vurmaqla yanaşı, yerli sakinlərin sağlamlığına da ciddi təhlükə yaradır.
Yaranmış vəziyyətlə bağlı sorğusunu cavablandıran Şabran Rayon İcra Hakimiyyətinin əməkdaşı Daşqın Məmmədov bildirib ki, qeyd olunan zonada təmizliyin qorunması üçün davamlı monitorinqlər keçirilir:
"Sözügedən ərazidə də mütəmadi olaraq təmizlik işləri həyata keçirilir. Dəvəçiçay çayına atılan tullantılar yaxın günlərdə ərazidən götürüləcək, çay yatağı yenidən təmizlənəcək. Bununla yanaşı, vətəndaşların məsuliyyətsiz davranışlarının qarşısını almaq məqsədilə cərimələrin tətbiq edilməsi üçün də müvafiq işlərə başlanılıb".
Qalereya
Oxşar xəbərlər
"Qəbələ" - "Turan Tovuz" oyunu yarımçıq dayandırılıb
Misli Premyer Liqasının XIV turunda keçirilən "Qəbələ" - "Turan Tovuz" oyunu yarımçıq dayandırılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, buna Qəbələdə dum...