Şabran sakini: "Yağış yağanda evdə yatmağa qorxuruq"
Son günlər havanın yağıntılı keçməsi Şabranda torpaq sürüşmələrini aktivləşdirib.
Şəhərin 20 Yanvar və Məhəmməd Əsədov küçələrində sürüşmələrin artması, xüsusilə fərdi yaşayış evləri üçün təhlükə yaradır. Sakinlər mövcud vəziyyət səbəbindən evdə yatmaqdan qorxduqlarını söyləyirlər.
"Birinci dəfədir ki, burada belə möcüzə baş verir. Sel qonşunun evini, mənim həyətyanı sahəmi, tövlələrimi aparıb. Yağış yağanda evdə yatmağa qorxuruq, çünki sabah yenə sel olsa, birdən gəlib bizi də aparar", - deyə sakin İbrahim Əliyev qeyd edib.
Məsələ ilə bağlı Şabran Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, 2025-ci ilin aprel ayında baş verən fəsadlarla bağlı ərazilərə baxış keçirilib, zərərçəkən sakinlərin bir qisminə köməklik göstərilib, digər zərər görən vətəndaşların da qeydiyyatı aparılıb:
"Hazırda baş verən fəsadların aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb. Lakin hava şəraitinin əlverişsiz olması prosesi ləngidir".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda valideynlərin etiraza qalxdığı Gimnaziya ilə bağlı RƏSMİ AÇIQLAMA
"Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri davam edir". Bu bar...