Sabahın havası: qar, güclü külək, şaxta
Yeniliklərdən dərhal xəbərdar olun
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti, axşam 1 dərəcə şaxta, Bakıda gecə və gündüz 0-2 dərəcə isti, axşam 1 dərəcə şaxta olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəc isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.
Oxşar xəbərlər
Külək olacaq, yağış yağacaq - Sabahın hava proqnozu
Sabah Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb. BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən...