Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
Sosial 2
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq.Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti, Bakıda gecə 22-24° isti, gündüz 29-31° isti təşkil edəcək.Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-25° isti təşkil edəcək. Avqustun 12-də Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 14-19° isti, gündüz 21-26° isti təşkil edəcək.

Oxşar xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Avqustun 4-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-a veril...

2 Şou-biznes 13:28 03 avqust 2019

Son xəbərlər