Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
Şou-biznes 845
İyulun 15-də respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz olacaq.Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti, Bakıda gecə 19-21° isti, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.Abşeron çimərliklərində gözlənilən hava şəraiti:Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23° isti təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24° isti təşkil edəcək.

Oxşar xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal küləyi əsəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrom...

2 Şou-biznes 13:29 07 iyul 2019

Son xəbərlər