Sabahdan Türkiyədə bir çox qadağalar ləğv olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Sabahdan Türkiyədə sərt karantin rejimi ləğv ediləcək.
BAKU.WS “hürriyet”ə istinadən xəbər verir ki, COVID-19 infeksiyası ilə mübarizə üçün tətbiq edilən bir çox qadağalar aradan qaldırılacaq.
Sabahdan həftə sonu saat 10.00-dan 17.00-dək market, qeyri-ərzaq və ərzaq dükanları açıq olacaq. Bundan başqa, Türkiyədə həftə içi küçəyə çıxma yasağı saat 21-dən 05.00-dək davam edəcək.
Qardaş ölkədə mayın 17-dən iyunun 1-dək kafe, çayxana, kinoklublar, internet kafe, üzgüçülük hovuzları və idman zalları qapalı qalacaq. Toy, xınayaxdı və digər mərasimlər də bu tarixə qədər qadağan edilir.
Bundan başqa, 65 yaş və ondan yuxarı yaşda olanlar iki doza COVID-19-a qarşı peyvənd olunanlar və 18 yaşdan az olanlar üçün küçəyə çıxma məhdudiyyətləri olmayacaq.
Qalereya
Oxşar xəbərlər
Çində koronavirusa görə peyvənd vurulmasına başlanıldı
Çində yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiyanın ilk mərhələsi çərçivəsində xüsusi risk qrupundan olan şəxslərə peyvənd vurulmasına başlanılıb. BAKU....