Sabahdan 7 saylı “ASAN xidmət” fəaliyyətə başlayır
31
may
2022
17:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabahdan 7 saylı “ASAN xidmət” fəaliyyətə başlayır.
BAKU.WS xəbər verir ki, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79 ünvanında yerləşən mərkəz vətəndaşların ixtiyarına verilir.
Xatırladaq ki, yeni fəaliyyətə başlayacaq “ASAN xidmət” mərkəzi ümumilikdə ölkə üzrə 23-cü mərkəzdir.
288 əməkdaşın və 50 könüllünün çalışacağı mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 325-dən çox xidmət həyata keçiriləcək.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...