Sabah hava necə olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 25-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
BAKU.WS Hidrometeoroloji Proqnozlar Bürosunun yaydığı məlumata istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeronda gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında martın 25-də hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Oxşar xəbərlər
3 dərəcə şaxta, güclü yağış, QAR YAĞACAQ - İstirahət günlərinin HAVASI
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-...