3 dərəcə şaxta, güclü yağış, QAR YAĞACAQ - İstirahət günlərinin HAVASI
15
fev
2019
19:50
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumatda görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, fevralın 16-17-də bu bölgədə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Fevralın 17-də gündüz yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 5-9 dərəcə isti, dağlıq rayonlarda 0-3 dərəcə şaxta təşkil edəcək.Lənkəran-Astara bölgəsində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Fevralın 17-də gündüz hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 5-8, dağlıq rayonlarda 0-3 dərəcə isti təşkil edəcək.Aran rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Fevralın 17-də gündüz yağış tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 6-9 dərəcə isti təşkil edəcək.Naxçıvan MR-da havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Fevralın 17-si gündüz hava əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, havanın yaxın iki gündə arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Fevralın 17-də gündüz yağıntı tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 5-7 dərəcə isti təşkil edəcək.BAKU.WS
Oxşar xəbərlər
İstirahət günlərinin hava proqnozu açıqlanıb
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS...