İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
11
yan
2019
21:14
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək. Lakin yanvarın 13-də axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 6-11, dağlıq rayonlarda 3-8 dərəcə isti təşkil edəcək.Lənkəran-Astara bölgəsində yağmursuz hava gözlənilir. Lakin yanvarın 13-də axşama doğru yağış yağacağı gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 8-13, dağlıq rayonlarda 5-10 dərəcə isti təşkil edəcək.Aran rayonlarında yağmursuz hava müşahidə olunacaq. Lakin yanvarın 13-də axşama doğru bəzi yerlərdə yağış yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi, lakin yanvarın 13-də axşama doğru yağıntılı olacağı, qar yağacağı gözlənilir. Havanın maksimal temperaturu 5-10 dərəcə isti təşkil edəcək.Paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 13-də gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi yanvarın 13-də axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 8-12 dərəcə isti təşkil edəcək.BAKU.WS
Oxşar xəbərlər
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-...