İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
04
yan
2019
20:31
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraiti əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 10-15, dağlıq rayonlarda 5-10 dərəcə isti təşkil edəcək.Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 7-11, dağlıq rayonlarda 5-7 dərəcə isti təşkil edəcək.Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.Naxçıvan MR-da havaəsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 5-10 dərəcə isti təşkil edəcək.Paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi yanvarın 05-də axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 9-12 dərəcə isti təşkil edəcək.BAKU.WS
Oxşar xəbərlər
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BA...