İstirahət günlərində səyahətə çıxanlar üçün VACİB XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata ölkənin əksər yerlərində yağış yağacaq.
Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu dağətəyi rayonlarda 13-18, dağlıq rayonlarda 8-13 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 17-21, dağlıq rayonlarda 12-16 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında oktyabrın 13-ü gündüz, 14-də gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da hava şəraiti əsasən yağmursuz keçsədə, səhər saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 19-24 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, okytabrın 13-də gecə və səhər, 14-də isə günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Oktyabrın 13-də gündüz, 14-də gün ərzində mülayim şimal-şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 17-20 dərəcə isti təşkil edəcək.
BAKU.WS
Oxşar xəbərlər
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açqılanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS...