İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
13
iyl
2018
16:57
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Havanın temperaturu dağətəyi rayonlarda 29-34, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək: "Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.Aran rayonlarında günəşli hava şəraiti olacaq, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək".Naxçıvan MR-da hava şəraitinin günəşli olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 42 dərəcə isti təşkil edəcək: "Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, hava şəraiti günəşli olunacaq, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək".BAKU.WS
Oxşar xəbərlər
Sabaha olan hava proqnozu - 41 dərəcə isti olacaq
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-...