İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
31
avq
2018
16:50
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açqılanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə daxil olan məlumatda, Böyük və Kiçik Qafqaza səyahət edənlərin nəzərinə çatdırırılıb ki, gündüz saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.Lənkəran-Astara bölgəsinə üz tutanları əsasən yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 29-34, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.Aran rayonlarında yağmursuz, sabit hava şəraiti müşahidə olunacaq. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.Naxçıvan MR-da hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.Paytaxt qonaqlarının isə nəzərinə çatdırırılır ki, sentyabrın 1-2-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi üstünlük təşkil edəcək. Komfort temperatur göstəriciləri müşahidə olunacaq, maksimal temperatur 28-32 dərəcə isti təşkil edəcək.BAKU.WS
Oxşar xəbərlər
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-...