Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Sosial 10

Fevralın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata əsasən, sabah mülayim cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 13-də gün ərzində Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 14°-dək şaxta, gündüz 0-3° şaxta olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda çovğun olacaq, yollar buz bağlayacaq - YENİLƏNİB

Bakıda çovğun olacaq, yollar buz bağlayacaq - YENİLƏNİB

Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Bu barədə Ekologiya və T...

9023 Sosial 14:40 13 yanvar 2022

Son xəbərlər