Bəzi rayonlarda iki, bəzi rayonlarda isə bir gün qaz olmayacaq

Bəzi rayonlarda iki, bəzi rayonlarda isə bir gün qaz olmayacaq
Sosial 3

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində təmir işləri görüləcək.

“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, qeyd olunan təmir işləri ilə əlaqədar 12.09.2023-cü il saat 09:00-dan təmir işlərinə başlanılaraq 13.09.2023-cü il tarixdə işlər yekunlaşanadək “Xaldan” ölçü qovşağı üzərində olan “Xaldan Əhali” ölçü qovşağından, magistral qaz kəmərindən qidalanan “DAN MMC” və “Şəki Kərpic zavodu” ölçü qovşaqlarından, “Oğuz”, “Yaqublu”, “Cəfərabad”, “Aşağı Göynük”, “Qax”, “Əliabad”, “Zaqatala”, “Makov”, “Katex” və “Balakən” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin “Şıxlı” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar 12.09.2023-cü il saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə (2 gün ərzində) Yevlax və Ağdaş rayonlarının bir hissəsinin, Şəki, Qax, Oğuz, Zaqatala və Balakən rayonlarının isə tam olaraq, həmçinin Qazax rayonunun bir hissəsinin (1 gün ərzində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

17 noyabr 09:00-dan bu rayonun qaz təchizatında fasilə yaranacaq

17 noyabr 09:00-dan bu rayonun qaz təchizatında fasilə yaranacaq

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Beyləqan-Horadiz” yüksək təzyiqli magistral qaz kəmərinin 59,6-cı km-də “Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd” avtomobil yo...

230 Sosial 16:09 16 noyabr 2022

Son xəbərlər