Sabah bir neçə rayonda qaz olmayacaq

Sabah bir neçə rayonda qaz olmayacaq
Sosial 2877
Oktyabrın 16-da 09:00-dan Qaz İxrac İdarəsi “Sulutəpə” Qazpaylayıcı Stansiyasında bəzi quraşdırma, digər stansiyalarda isə yenidənqurma işləri aparmağı planlaşdırır.“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, bu müddət ərzində Binəqədi rayonunun Biləcəri, Xocasən qəsəbələrində, Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilə yaranacaq. Bundan başqa, saat 10:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Pirşağı, Nardaran, Bilgəh qəsəbələri və 2-ci sovxoz yaşayış massivində də qaz təchizatında müvəqqəti dayandırmalar olacaq. Həmin vaxt diametri 530 millimetr olan "Digah-Bilgəh" orta təzyiqli qaz xəttinin bir hissəsi diametri 500 millimetrlik polietilen boru kəməri ilə əvəz olunacaq.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Oktyabrın 11-də səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri, K.Kərimov, D.Səfərov və M.Davud küçələrində bir qrup...

8 Sosial 09:27 11 oktyabr 2019

Son xəbərlər