Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq
Sosial 477
“Azəriqaz” İstehsalat Birliyində 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.İB-dən BAKU.WS-ə verilən məlumata görə, Sumqayıt şəhərinin bir hissəsini təbii qazla təmin edən diametri 530 mm-lik “Şəhər-4” orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinin aparılması məqsədilə qaz təchizatının dayandırılmasına zərurət yaranıb.Bu zaman saat 10:00-dan etibarən işlər başa çatanadək Sumqayıt şəhərində bir qrup abonentin qaz təchizatında fasilə olacaq.Bundan başqa “Qaz İxrac” İdarəsinin balansında olan “Bəydilli” ölçü qovşağında bir sıra quraşdırma işlərinin aparılması ilə bağlı səhər saat 09:00-dan 18:00-dək Neftçala rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılıb.İsmayıllı rayonunda da qaz xətlərində quraşdırma işlərinin görülməsi üçün saat 10:00-dan bir neçə yaşayış məntəqəsində qaz verilişində fasilələr yaranacaq.

Oxşar xəbərlər

5 rayonda qaz olmayacaq

5 rayonda qaz olmayacaq

Bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək ölkənin bir neçə yerində qaz təchizatında dayandırmalar tətbiq olunacaq.Azərbaycan Dövlət Neft Şirkətinin (S...

608 İqtisadiyyat 09:45 04 sentyabr 2019

Son xəbərlər