Bu gün bu ərazilərdə qaz olmayacaq

30
avq
2019
09:48
Bu gün səhər saat 08:00-dan təmir işləri başa çatanadək Bakının Nəsimi rayonu, 20 yanvar və A.Məhərrəmov küçələrində qaz təchizatı dayandırılıb.“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırma işləri aparılacaq.Saat 09:00-dan etibarən isə Goranboy rayonu ərazisində yerləşən qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı rayon mərkəzi, bir neçə qəsəbə və kənddə də qaz verilişi saxlanılıb.Saat 10:00-dan başlamaqla işlər yekunlaşanadək Şəki, Qax, Zaqatala, Oğuz və Balakən rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq. Bu, dövlət sərhədi avtomobil yolunun SOCAR-ın Qaz İxrac İdarəsinə məxsus magistral qaz kəməri ilə kəsişmə yerlərində yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə bağlıdır.Təmir bərpa işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sumqayıt şəhərinin bir hissəsində də qazın verilişində məhdudiyyətlər tətbiq ediləcək.
Oxşar xəbərlər
Bu gün dörd rayonda qaz təchizatı dayandırılıb
Bu gün səhər saat 08:00-dan Bakının Binəqədi rayonu, 6, 7, 8, 9-cu mikrorayonlarda, Rəsulzadə, Xutor və Biləcəri qəsəbəsinin bir hissəsində, Motodrom ərazisində...
