Bakının bir neçə rayonunda qaz olmayacaq – XƏBƏRDARLIQ

Bakının bir neçə rayonunda qaz olmayacaq – XƏBƏRDARLIQ
İqtisadiyyat 650
Bu gün paytaxtın Sabunçu, Xətai və Yasamal rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılır."Azəriqaz" İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Bünyadov, Ş.Kamilov küçələrində orta təzyiqli qaz kəmərlərində aparılacaq birləşdirmə və təmir işləri ilə bağlı saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb.Orta təzyiqli yeraltı qaz kəmərində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar isə saat 10:00-dan təmir işləri başa çatanadək Yasamal rayonu, Mətbuat, Şərifzadə, H.Cavid və N.Nərimanov prospektləri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, S.Əsgərova, Ş.Əzizbəyov küçələri və Fövqəladə Hallar, Vergilər, Ekologiya və təbii sərvətlər, Ədliyyə nazirlikləri, Gömrük komitəsi yerləşən ərazilərdə qaz təchizatı dayandırılıb.Bu gün, həmçinin səhər saat 09:00-dan etibarən orta təzyiqli qaz kəmərlərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən həyət evləri, Naximov, Zeytun yaşayış massivlərində də qaz təchizatı dayandırılıb.

Oxşar xəbərlər

Bu gün bu ərazilərdə qaz olmayacaq

Bu gün bu ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərin təbii qaz təchizatı dayandırılacaq.“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, qaz təchizatı şəbəkəsində itkilərin qarşıs...

19 Sosial 11:04 18 iyul 2019

Son xəbərlər