Sabah Bakının bəzi hissələrində qaz olmayacaq - SİYAHI

Sabah Bakının bəzi hissələrində qaz olmayacaq - SİYAHI
Sosial 4679
Sabah Bakının əksər rayonlarında və Gəncə şəhərində təbii qaz olmayacaq. “Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə,“Qaz İxrac” İdarəsinin balansında olan diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 20-ci km-də aşkar edilmiş qaz sızmasının ləğvi və yeni tikilmiş ölçü qovşağının qaz təchizatı mənbəyinə birləşdirilməsi və istismara verilməsi ilə əlaqədar, sabah saat 10:00-dan etibarən təmir işləri başa çatanadək Nəsimi rayonu Tibilisi prospekti, 1 və 2-ci Alatava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində, həmçinin saat 09:00-dan etibarən isə Gəncə şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.Görülən təmir işlərinin Nərimanov və Yasamal rayonlarının, eləcə də Yeni Yasamal yaşayış massivi Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.BAKU.WS

Oxşar xəbərlər

Sabah paytaxtın bu hissələrində qaz olmayacaq

Sabah paytaxtın bu hissələrində qaz olmayacaq

Sabah səhərdən paytaxtın bir sıra hissələrinə qaz fasilələrlə veriləcək.“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, “Qaz İxrac” İdarəsini...

3305 Sosial 19:38 03 sentyabr 2018

Son xəbərlər