Sabah Bakının bu hissələrində qaz olmayacaq

Sabah Bakının bu hissələrində qaz olmayacaq
Sosial 1916
“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında 2000 mənzildən ibarət olan yaşayış kompleksinin qazlaşdırılması məqsədilə çəkilmiş diametri 315 mm-lik polietilen orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, 24 oktyabr 2018-ci il tarixdə saat 10:00-dan işlər tamamlananadək Mətbuat və N.Nərimanov prospektləri, eləcə də Şərifzadə və H.Cavid küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.Görülən zəruri işlərin Nəsimi rayonu Cəlil Məmmədquluzadə, S.Əsgərova, Ş.Əzizbəyov küçələrinin də az təchizatına təsir göstərməsi mümkündür.Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.BAKU.WS

Oxşar xəbərlər

Sabah Bakının bəzi hissələrində qaz olmayacaq - SİYAHI

Sabah Bakının bəzi hissələrində qaz olmayacaq - SİYAHI

Sabah Bakının əksər rayonlarında və Gəncə şəhərində təbii qaz olmayacaq. “Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə,“Qaz İxrac” İdarəsini...

4682 Sosial 19:29 27 sentyabr 2018

Son xəbərlər