Bu gün dörd rayonda qaz təchizatı dayandırılıb

Bu gün dörd rayonda qaz təchizatı dayandırılıb
Sosial 739
Bu gün səhər saat 08:00-dan Bakının Binəqədi rayonu, 6, 7, 8, 9-cu mikrorayonlarda, Rəsulzadə, Xutor və Biləcəri qəsəbəsinin bir hissəsində, Motodrom ərazisində qaz təchizatı dayandırılıb.BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, bu müddət ərzində yeni çəkilmiş orta təzyiqli yeraltı qaz xəttinin mənbəyə birləşdirilməsi işləri aparılacaq.Saat 09:00-18:00-dək payız-qış mövsümünə nəzərdə tutulan təmir işlərinin aparılması ilə bağlı Saatlı rayonunun bir neçə kəndində də qaz verilişində fasilələr yaranacaq. Eləcə də saat 09:00-dan Hacıqabul və Şirvan şəhərlərinin bir qrup abonentinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu, Qaz İxrac İdarəsinin balansında olan “Astara-Qazıməmməd” magistral qaz kəmərində yeni quraşdırılmış ölçü qovşağının mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır.

Oxşar xəbərlər

Bakının böyük hissəsində qaz yoxdur

Bakının böyük hissəsində qaz yoxdur

Bu gün səhər saat 08:00-dan Bakının Tbilisi prospektində istismarı dayandırılmış qaz xəttinin ləğvi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlə...

1093 Sosial 09:40 28 avqust 2019

Son xəbərlər