5 rayonda qaz olmayacaq

5 rayonda qaz olmayacaq
İqtisadiyyat 608
Bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək ölkənin bir neçə yerində qaz təchizatında dayandırmalar tətbiq olunacaq.Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, mövsümü işlərin icra olunması ilə bağlı Beyləqan rayonunun bir neçə kənd və qəsəbəsində, qaz xətlərində birləşdirmə işlərinin görülməsi ilə bağlı Abşeron rayonunun Müşfiqabad və 28 May qəsəbələrində, Qaz İxrac İdarəsinin ölçü qovşaqlarında quraşdırma işləri ilə əlaqədar Hacıqabul və Şirvan rayonlarının bir qrup abonentinin qaz təchizatında fasilələr yaranacaq.Bundan başqa saat 10:00-dan etibarən sentyabrın 5-dək Qaz İxrac İdarəsinin həyata keçirdiyi yenidənqurma işləri ilə bağlı Ağstafa rayonunun bir neçə yaşayış məntəqəsində də qaz olmayacaq.

Oxşar xəbərlər

Bakının bu ərazilərində qaz olmayacaq

Bakının bu ərazilərində qaz olmayacaq

Sentyabrın 2-də Bakının Səbail rayonunda saat 12:00-dan 16:00-dək bir qrup abonentin qaz təchizatında fasilə yaranacaq.“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS...

3 Sosial 10:59 02 sentyabr 2019

Son xəbərlər