Sabah bu rayonlarda qaz olmayacaq

03
okt
2019
20:14
Sabah səhər saat 10:00-dan etibarən Abşeron rayonu Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işlərinin aparılması planlaşdırılır.Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, bu zaman qəsəbənin qaz təchizatında fasilələr yaranacaq.Bundan başqa, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək SOCAR-ın Qaz İxrac İdarəsi yüksək təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işlərini icra edəcək və bu müddətdə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Bu gün səhər saat 10:00-dan 2 rayonda qaz təchizatı dayandırılacaq."Azəriqaz" İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, Qaradağ rayonunun Ələt qəs...
