Sabah Bakının bu hissəsində qaz olmayacaq
Sabah Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Xətai rayonunun Altay Məmmədov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Zığ yolu və Sadıqcan küçəsində yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə noyabrın 26-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə 8 Noyabr, Oksigen, Qədir Məmmədov, Altay Məmmədov, Qvardiya, Sadıqcan, Cavanşir və Ramiz Quliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Dərsliklərin hazırlanmasında ictimai rəy diqqətə alınacaq? - "Müzakirə vaxtı layihəyə münasibət bildirmirlər"
Mütəmadi səslənən iradlar dərslik və metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesini aktuallaşdırıb. Elm və Təhsil Nazirliyi tərəfindən 2026-2027-ci...