Sabah Bakının böyük ərazisində qaz olmayacaq
Sabah Bakının Binəqədi, Suraxanı, Nərimanov və Yasamal rayonlarında qaz təchizatı dayandırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, oktyabrın 25-də saat 09:30-dan etibarən Binəqədi rayonu, 9-cu mkr. ərazisində qaz xətti üzərindəki siyirtmənin əvəz olunması və xəttin təmiri, saat 10:00-dan isə Suraxanı rayonunda sayğacların quraşdırılması, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonunda qaz xəttinin mənbəyə qoşularaq tıxaclanması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun 9-cu və 6-cı mikrorayonlarının, "Varovski" və "Xutor" yaşayış ərazilərinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Suraxanı rayonunun İ.İsmayılov küçəsinin və Yeni Günəşli qəsəbəsinin Hətəm Allahverdiyev küçəsinin, Nərimanov rayonunun Ə.Əliyev, Təbriz və F.Yusifov küçələrinin, Yasamal rayonunun M.Axundzadə, N.Aşurbəyli və Fuad İbrahimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...