Saat 12:00-dan 14:00-dək bu ərazidə İŞIQ OLMAYACAQ
Bu gün Lənkəran rayonunun bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından qidalanan 10 kV-luq 6 saylı şəhər hava xəttində təmir işi aparılacaq.
Bununla əlaqədar saat 12:00-dan 14:00-dək Heydər Əliyev prospekti, Anar Mahmudov, Paşa Təhməzov, Şəkər Aslan küçələri, həmçinin Raypo, Kiçik bazar yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq
Oxşar xəbərlər
"Günə 30-40 manat qazanırıq" - Astara çayını keyfiyyətli edən sirr nədir?
O başdan sahəyə gəlib günbatana qədər əziyyət çəkirlər. Aylarla davam edən qulluq, əziyyət və alın təri. Bura sadəcə iş yerləri deyil, həm də onların ailəsinin...