Rüstəm İbrahimbəyovun dəfn yeri AÇIQLANDI

Rüstəm İbrahimbəyovun dəfn yeri AÇIQLANDI
Sosial 200

Xalq yazıçısı Rüstəm İbrahimbəyovun dəfn olunacağı yer açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O bildirib ki, R.İbrahimbəyovla vida mərasimi 16 mart, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq:

“Vida mərasimi başa çatdıqdan sonra Xalq yazıçısı Birinci Fəxri Xiyabanda dəfn olunacaq”.

Qeyd edək ki, R.İbrahimbəyov martın 10-da Rusiyanın Moskva şəhərində dünyasını dəyişib.

Xalq yazıçısı uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xatırladaq ki, Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 1939-cu ildə Bakı şəhərində anadan olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər