Rusiyada COVİD-19-a yoluxanların sayı 50 mini keçib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Federasiyasında COVİD-19-a yoluxanların sayı 52 min 763 nəfərə çatıb.
Ölkədə koronavirus səbəbi ilə yaradılmış operativ qərargahın verdiyi məlumata görə, son sutka ərzində 5 min 642 nəfərdə koronavirus aşkarlanıb.
REAL-ın Rusiya bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasında son sutka ərzində 51 nəfər COVİD-19 səbəbindən dünyasını dəyişib. Ümumiyyətlə isə ölkədə ölənlərin sayı 456-ya yüksəlib.
Gün ərzində 427 xəstənin də sağaldığı haqqında məlumat yayan operativ qərargah, ölkədə ümumi 3 min 873 nəfərin sağalaraq evə buraxıldığını qeyd edib.
Nəzərinizə çatdıraq ki, Moskva merinin mavini Anastasiya Rakova isə bu gün açıqlamasında vurğulayıb ki, paytaxtda pandemiyanın zirvə nöqtəsi qarşıdan gələn 2-3 həftə ərzində yaşanacaq.
Oxşar xəbərlər
Qonşu ölkədə koronavirusdan ölənlərin sayı azalır - CƏDVƏL
Son 24 saat ərzində İranda koronavirusdan ölənlərin sayı 92 olub. BAKU.WS İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi...