Qonşu ölkələrdə COVID-19-dan ölən və sağalanlar - SON RƏQƏMLƏR
İranda COVID-19 infeksiyasından ölənlərin sayı 3 872 nəfərə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib ki, virus daşıyıcılarının sayı 62 min 589 nəfərə yüksəlib.
O, həmçinin 27 min 39 nəfərin də koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da deyib.
Qeyd edək ki, Azərbaycanda bu virus daşıyıcılarının ümumi sayı 665 nəfərdir. Koronavirusla bağlı ən qorxulu vəziyyət İrandan sonra Türkiyədə müşahidə olunur. Türkiyədə COVID-2019 virusuna yoluxanların sayı 30 min nəfəri keçib.
Digər qonşu ölkələrdən Rusiyada 7,497, Ermənistanda 853, Qazaxıstanda 685, Gürcüstanda 195 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.
ÖLKƏLƏR | YOLUXANLAR | ÖLƏNLƏR | SAĞALANLAR |
Azərbaycan | 665 | 8 | 44 |
İran | 62,589 | 3,872 | 27,039 |
Türkiyə | 30,217 | 649 | 1326 |
Rusiya | 7,497 | 58 | 494 |
Ermənistan | 853 | 8 | 87 |
Qazaxıstan | 685 | 6 | 50 |
Gürcüstan | 195 | 2 | 39 |
Oxşar xəbərlər
Qonşu ölkədə 120 tibb işçisi koronavirusa yoluxub - CƏDVƏL
Qazaxıstanda koronavirus infeksiyası 100-dən çox tibb işçisində qeydə alınıb, onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. BAKU.WS xəbər verir ki, bu...