Gürcüstanda yoluxanların sayı artıb - Qonşu ölkələrdə SON RƏQƏMLƏR
Gürcüstanda koronavirusa yoluxanların sayı 174 nəfərə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.
Ölkədə bu günə qədər COVID-19-dan ölənlərin sayı 2 nəfər təşkil edir.
Azərbaycanda isə bu virus daşıyıcılarının ümumi sayı 584 nəfərdir.
Koronavirusla bağlı ən qorxulu vəziyyət isə qonşu İranda müşahidə olunur. İranda COVID-2019 virusuna yoluxanların sayı 58 min nəfəri keçib.
Digər qonşu ölkələrdən Türkiyədə 23 min 934, Rusiyada 5,389, Ermənistanda 822, Qazaxıstanda 584 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.
ÖLKƏLƏR | YOLUXANLAR | ÖLƏNLƏR | SAĞALANLAR |
Azərbaycan | 584 | 5 | 32 |
İran | 58,226 | 3,603 | 19,736 |
Türkiyə | 23,934 | 501 | 786 |
Rusiya | 5,389 | 45 | 355 |
Ermənistan | 822 | 7 | 57 |
Qazaxıstan | 584 | 6 | 42 |
Gürcüstan | 174 | 2 | 36 |
Oxşar xəbərlər
Qonşu ölkədə koronavirusun məhv edilməsi üsulu tapılıb - CƏDVƏL
Rusiya alimləri bakteriya, göbələk və viruslara qarşı effektiv mübarizə aparmaq üsulu tapıblar. Bu barədə BAKU.WS-ə Azərbaycan Milli Elmlər Akademiyasından məl...