Qonşu ölkədə koronavirusun məhv edilməsi üsulu tapılıb - CƏDVƏL

Qonşu ölkədə koronavirusun məhv edilməsi üsulu tapılıb - CƏDVƏL
Sosial 6595

Rusiya alimləri bakteriya, göbələk və viruslara qarşı effektiv mübarizə aparmaq üsulu tapıblar.

Bu barədə BAKU.WS-ə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat daxil olub.

Mütəxəssislər soyuq plazma ilə emal edilmiş suyun hətta koronavirusa qarşı öldürücü silah ola biləcəyini müəyyənləşdiriblər.

İnfeksiyanın yayılması fonunda hava ilə yanaşı, virusun yerləşə biləcəyi səthlərin də dezinfeksiya olunması əhəmiyyətlidir.

Mütəxəssislər tərəfindən hazırlanmış maye orqanizm üçün tamamilə təhlükəsizdir. “Maqnaril” adlandırılan mayedə zülallar məhv olur və maye quruduqdan sonra səthdə heç bir virus qalmır.

Belə mayedən maskaların və müxtəlif əşyaların təmizlənməsi üçün istifadə etmək olar. O, istehsal üçün kifayət qədər sərfəlidir.

Qeyd edək ki, Azərbaycanda bu virus daşıyıcılarının ümumi sayı 443 nəfər təşkil edib.

Koronavirusla bağlı ən qorxulu vəziyyət isə qonşu İranda müşahidə olunur. İranda COVID-2019 virusuna yoluxanların sayı 53 min nəfəri keçib.

Digər qonşu ölkələrdən Türkiyədə 18 min 135, Rusiyada 4,1498, Ermənistanda 736, Qazaxıstanda 450, Gürcüstanda isə 148 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

ÖLKƏLƏR YOLUXANLAR ÖLƏNLƏR SAĞALANLAR
Azərbaycan 443 5 32
İran 53,183 3,294 17,935
Türkiyə 18,135 356 415
Rusiya 4,149 34 281
Ermənistan 736 7 43
Qazaxıstan 450 3 29
Gürcüstan 148 27

Son xəbərlər