"Rusiya və Türkiyədə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq" - AÇIQLAMA

Rusiya və Türkiyədə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq - AÇIQLAMA
Sosial 574

"Rusiya və Türkiyədə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq".

BAKU.WS xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər gedir:

"Rusiyada qalan vətəndaşların Azərbaycana gətirilməsi ilə bağlı hər iki ölkə tərəfindən işlər aparılır. Vətəndaşların Türkiyə və Rusiyadan Azərbaycana gətirilməsi texniki imkanlarla bağlıdır. Karantin zonalarında yerlər boşaldıqca, xaricdən vətəndaşlar gətirilərək karantinə yerləşdiriləcək".

Oxşar xəbərlər

Son xəbərlər