Klublarımız nə vaxtdan məşqlərə başlaya biləcək? - RƏSMİ AÇIQLAMA

Klublarımız nə vaxtdan məşqlərə başlaya biləcək? - RƏSMİ AÇIQLAMA
Sosial 122

"Azərbaycanda futbol klublarının kiçik qruplar şəklində məşqə başlamaları ilə bağlı qərar yoxdur".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Aparatının Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O əlavə edib ki, hazırda bununla bağlı Operativ Qərargah müzakirələr aparır və vəziyyətdən asılı olaraq növbəti addımlar atılacaq.

Xatırladaq ki, Azərbaycan Premyer Liqası martın 13-də dayandırılıb.

Oxşar xəbərlər

Son xəbərlər