“Dövlət qaydaları pozanlara güzəştə getməyəcək” - İbrahim Məmmədov
“Rəqəmlərin və dinamikanın artmasına baxmayaraq, görülən işlərin nəticəsində Azərbaycanda vəziyyət digər ölkələrə nisbətən yaxşıdır”.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O qeyd edib ki, Azərbaycanda hazırkı vəziyyəti qoruyub saxlamaq dövlətin konstitusiya borcudur:
“Dövlət öz millətinin, xalqının təhlükəsizliyini qorumaq üçün qaydaları pozanlara güzəştə getməyəcək. Onları bütün vasitələrlə izolyasiya edəcək, onları yola gətirəcək. Qaydaların daha da sərtləşdirilməsi gözlənilir. Amma dövlət bunu istəmir”.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...