Rusiya prezidenti İlham Əliyevi təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, bu barədə Kremlin rəsmi saytına məlumat yerləşdirilib.
Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrikdə Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb və iki ölkə xalqlarının mənafelərinə tam cavab verən strateji tərəfdaşlıq və konstruktiv qarşılıqlı fəaliyyətin gələcək inkişafını təmin edəcəyini, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinin müəyyənləşmiş xətt üzrə gedəcəyinə əminliyini bildirib.
Oxşar xəbərlər
Azərbaycan-Rusiya sərhədində inşa edilən körpünün açılışı olub - FOTO
Dekabrın 24-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası sərhədindən keçən Samur çayının üzərində tikilən yeni avtomobil körpüsü istifadəyə verilib. BAKU....