"Rusbabı" vs "Çuşka": Qarşıdurma hara aparır?
25
apr
2018
15:48
Atalar deyib ki, qulaq hər dəfə təzə xəbər eşitməsə, kar olar. Sosial şəbəkədəki camiyəmizin daxilində də qalmaqallar hər 3-4 aydan bir “söz mübaribələrinə” yol açır. Bu dəfə “qəhrəman” rolunda “Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayeva çıxış etdi. Şöbə müdiri metropolitendəki problemlərin özünəməxsus həlli tapdığını iddia edib.
Ötən ilin sonunda jurnalist Hafiz Əhmədov rusdilli uşaqları təhqir etməsi sosial şəbəkələrdə qalmaqala yol açdı.
Əlbəttə, hər iki “qəhrəman” üzr istədi, sözlərinin düzgün başa düşülmədiyini dedi. Lakin ilk baxışdan səthi görünə biləcək bu misallar cəmiyyətdə daha dərin ziddiyatların olduğunu göstərir. Qəhrəmanlarımız isə bu ziddiyətəni yaratdığı iki düşərgənin üzvüdür: “şəhərli-kəndçi”, “rusdilli və qeyri-rusdilli”, “çuşka-rusbabı” və s. Ziddiyətin yaranması ilk baxışdan xırda məsələ kimi görünən elementlərdən yarana bilər: elə həmin metroda qapıların məcburən açıb-bağlamaq, küçədə tum çırtlayıb yerə atmaq, yerə tüpürmək, növbə gözləməmək, müxtəlif tərbiyəsizlik etmək, vaqon qapısının ağzında durub girib-çıxmağa maneçilik törətmək və s. “Şəhəri ilk növbədə gözəl edən onun sakinləridir, sonra isə arxitekturasıdır” Ötən əsr Bakıya köçən hər iki babasının urbanizasiya dövrünü keçdiyini yəni şəhər sakininə tez bir zamanda çevrildiyini deyən Bəhram Bağırzadənin qənaətinə görə, hazırda gəlmələrin bunu edə bilməməsinin səbəbkarlardan biri də elə şəhərlilərdir. “Mədəniyyət sözü ərəbcə Mədinə yəni Şəhər sözündən gəlir. Şəhəri ilk növbədə gözəl edən onun sakinləridir, sonra isə arxitekturasıdır. Gəlmələrin narazılığa səbəb ola biləcək bir şeyi gördükdə bunun səhv olduğu onlara izah edilməlidir, özü də emosiyasız. Əlavə olaraq, evdə, məktəbdə tərbiyyə verilməlidir. Həmçinin bununla gərək televiziya məşğul olmalıdır, təbliğat aparılmalıdır”. “Rusbabı” Vs “Çuşka” Təcrübə göstərir ki, kənddən çıxıb lakin kəndi “içərilərində” saxlayanlar, şəhər dəyərlərini mənimsəməyənlər “çuşka”, eyni zamanda gündəlik həyatlarında Rusiya, Avropa dəyərlərini ifrat dərəcədə üstün tutanlara “Rusbabı, rusfason” adlanır. Mütəxəssislər deyir, “şəhərli-kəndli“ məsələsini gündəmə gətirənlərin baba və nənələri özləri kənddən çıxıb. Sosioloq Rəşad Əsgərovun qənaətinə görə, həm iki düşərgədən olan dözümlülüyü zəif olanlar bir nəfərin hərəkətlərinə görə məsələni ümumiləşdirir. Onun fikrincə, yaxın gələcəkdə bu məsələyə son qoyula bilər. “Azərbaycanda da yaxın gələcəkdə urbanizasiya prosesi nəticəsində şəhərləşmə prosesi sürətlənəcək. Kəndlərdə emal, yeyinti, ağır sənayənin yaranması şəhərləşməyə aparacaq. Regionlarda sənayə texnoparkaların salınması kənd-şəhər arasında bölgünü aradan qaldrmaq üçün istiqamətlənmiş bir adımdır.“ “Şəhərli-kəndli” və ya yerli-gəlmə söhbəti təkcə Azərbaycanda yox, bütün dünyada, hətta inkişaf etmiş ölkələrin paytaxtlarında müşahidə edilir. Məsələn, Rusiyanın paytaxtı Moskvada. Moskvalı nəinki əcnəbi, hətta Rusiyanın digər şəhərlərindən olan yerli gəlməyədə yuxarıdan aşağı baxır. Belə. Ataların bir sözü də var. Sirkə nə qədər tünd olsa, öz qabını çartladar. Dünyaya multikultural, din, irq, milliyyətdən aslı olmayaraq tolerant cəmiyyət modelini ixrac edən azərbaycanlıların özü ayrıseçkiliyin istənilən formasından qaçmalıdır.
İsmayıl Fətəliyev BAKU.WS
Oxşar xəbərlər
Kənd sakinlərini təhqir edən Metropoliten rəsmisi üzr istədi
Bu gün “Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayevanın “Facebook”da yazdığı “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə pro...