Azərbaycanda beş idarə ləğv edildi - Aralarında dövlətə borcu olanlar da var
Azərbaycanda beş idarə ləğv olunduğunu elan edib.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunlar Neftçala Melioservis, Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama, Ucar Melioservis, Yevlax Melioservis və Bərdə Melioservis idarələridir.
Qeyd edək ki, Neftçala Melioservis İdarəsi 2002-ci ildə yaradılıb. İdarənin son rəisi Nizami Nəsirov olub. Qurumun hazırda dövlətə 93 min 285.84 manat borcu var.
Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi isə 1995-ci ildə yaradılıb və axırıncı rəisi Ramis İsmayılovdur.
Yevlax Melioservis İdarəsi 1999-cu ildə yaradılıb, ləğv edilənədək rəisi Cəsarət Zülüyev olub.
Bərdə Melioservis İdarəsi 2002-ci ildə yaradılıb, ləğv olunanadək ona Nüsrət Məmmədov rəhbərlik edib. Müəssisənin hazırda dövlətə 8 min 532.45 manat borcu mövcuddur.
Oxşar xəbərlər
Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 106 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu...