Polşada hərbi hissənin ərazisinə naməlum PUA düşüb
Polşada Lejnitsa-Velka ərazisində 1-ci hava süvari batalyonunun ərazisinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Polşanın hərbi polisi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Hərbi Jandarmın Lodz Şöbəsi fevralın 6-da Lejnitsa-Velkada 1-ci hava süvari batalyonunun ərazisinə düşən və heç bir zərər vurmayan PUA ilə bağlı araşdırma aparır. Hazırda hadisə yerində prosessual hərəkətlər davam etdirilir", – məlumatda bildirilib.
Qeyd olunub ki, hava obyektindən istifadə etməklə uçuşların həyata keçirilməsi, xüsusilə də hərbi təyinatlı ərazilər və obyektlər üzərində uçuşlar cinayət hesab olunur və buna görə 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...