Fransa Trampa və Cənubi Qafqazda sülhə qarşıdır

Fransa Trampa və Cənubi Qafqazda sülhə qarşıdır
Video
Siyasət 29

"Bakıda beynəlxalq normalara və milli qanunvericiliyə tam uyğun şəkildə keçirilən hüquqi baxımdan qüsursuz məhkəmə prosesi fonunda Fransa açıq şəkildə təxribat xarakterli addım atıb".

Bu fikirlər "Caliber"in "YouTube" kanalının yeni süjetində qeyd olunub.

Xatırladılır ki, Fransa Milli Assambleyası deputatların yalnız üçdə birinin iştirakı və ermənipərəst lobbinin təsiri altında faktları, sübutları və ədalət mühakiməsinin mahiyyətini nəzərə almayan tələbləri əks etdirən qətnamə qəbul edib.

"Bu addım parlament üzvlərinin təsadüfi təşəbbüsü deyil, rəsmi Parisin institusional qərəzini və Yelisey sarayının bunu dəstəklədiyini göstərir.

Bununla Makron şüurlu şəkildə Cənubi Qafqazda sülh prosesini sarsıdır, siyasi ikiüzlülük nümayiş etdirir və müttəfiqlərin səylərinə, eləcə də beynəlxalq hüququn prinsiplərinə zidd hərəkət edərək yeni gərginlik yaradan mənbə qismində çıxış edir", - deyə materialda vurğulanır.

Son xəbərlər