İdrak Liseyinin binası Ruslan Eyyubovun imiş
Bu gün səhər saatlarında Bakı İdrak Liseyində şagird müəllimi güllələyib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə baş vermiş Liseyin yerləşdiyi binanın sahibi Ruslan Eyyubovdur.
Xatırladaq ki, Ruslan Eyyubov ötən ilin sonunda 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs olunub. Ruslan Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.
Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan "NB Qrup" şirkətinin rəhbəridir.
Qeyd edək ki, İdrak Liseyində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.
Oxşar xəbərlər
Azərbaycan gömrükçüləri narkotik vasitənin "göyərti" yükündə ölkəyə keçirilməsinin qarşısını alıb
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aş...