Qatarlar "28 May" stansiyasında dayanmayacaq - Proses necə tənzimlənəcək?

Qatarlar 28 May stansiyasında dayanmayacaq - Proses necə tənzimlənəcək?
Sosial 3348

200 m tunelin inşası zamanı "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılması nəzərdə tutulub.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, bu zaman sərnişinlərin yerüstü ictimai nəqliyyatdan istifadəsi zəruri olacaq:

"Lakin Yaşıl xətt üzrə qatarlar "Dərnəgül-Nizami" istiqamətində hərəkət edəcək. Xətlər ayrıldıqdan sonra Yaşıl xətt üzrə "Dərnəgül-Xətai" istiqamətində müstəqil hərəkət təşkil olunacaq. Sərnişinlər Yaşıl və Qırmızı xətlər arasında "28 May" və "Cəfər Cabbarlı" stansiyalarında keçid edəcəklər".

Qeyd olunub ki, 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, xətlərin ayrılması layihəsi mərhələli şəkildə icra olunur. Layihənin icrası dövründə "28 May" stansiyasında hərəkət məhdudlaşdırılmayacaq. Belə ki, Qırmızı xətdə ("İçərişəhər-Həzi Aslanov"), o cümlədən bu xəttin stansiyası kimi "28 May" stansiyasında hər iki istiqamətdə qatarların hərəkətində heç bir məhdudiyyət nəzərdə tutulmur.

Banu Hüseynli

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Nağdsız əməliyyatların sayı niyə azalıb?

Nağdsız əməliyyatların sayı niyə azalıb?

2025-ci ilin sonuncu rübü ilə müqayisədə 2026-cı ilin birinci rübündə ölkədaxili nağdsız əməliyyatların həcmi 500 milyon manat azalıb. Bu barədə Mərkəzi Bankın...

75 Sosial 23:49 05 may 2026

Son xəbərlər