Roberto Karlosdan "Müsəlman oldu" iddialarına CAVAB

Roberto Karlosdan Müsəlman oldu iddialarına CAVAB
Foto
Sosial 10

Əfsanəvi futbolçu Roberto Karlos haqqında yayılan "İslam dinini qəbul edib" xəbərlərindən danışıb.

BAKU.WS xəbər verir ki, braziliyalı futbol əfsanəsi gəzən şayiələri təkzib edib.

Məsələyə aydınlıq gətirən Roberto Səudiyyə Ərəbistanının "Okaz" qəzetinə verdiyi özəl açıqlamada həqiqəti bölüşüb.

Karlos, İslama və həyat yoldaşının inancına dərindən hörmət bəslədiyini bildirsə də, dinini dəyişmədiyini diqqətə çatdırıb.

"Həyat yoldaşımın namaz qılmasını izləmək möhtəşəm bir hissdir, lakin mənim müsəlman olmağım haqqında gəzən söz-söhbətlər reallığı əks etdirmir".

Bu bəyanatla günlərdir dünya mətbuatının gündəmini zəbt edən iddialar şəxsən futbolçunun öz dili ilə təkzib edilmiş olub.

Qeyd edək ki, "Real Madrid" və Braziliya milli komandasının unudulmaz ulduzunun müsəlman olması barədə iddialar Braziliyada bir din xadiminin səsləndirdiyi fikirlərdən sonra yayılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər