Rəşid Mahmudov : "Bəzi qızlar istəyirlər ki, maşını olsun kef etsinlər" VİDEO
12
may
2018
11:09
Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov yerli telekanalları tənqid edib. BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə bu barədə video görüntü yayılıb. Videoda alim yerli kanallar barədə öz iradlarını bildirib. Onun sözlərinə görə, Azərbaycan telekanalları birbaşa xalqın əleyhinə işləyir. "Elə bil kimsə pul qoyub, insanları pis yola dəvət edir. Bəzi qızlar istəyirlər ki, maşını olsun, 2-3 otaqlı evi olsun, kef etsinlər. Hər bir canlı doğub-törəməlidir, özünə oxşarını yaratmalıdır. Gələcək nəsil üçün övladlarını tərbiyə etməlidir. Bu xalqa xeyir verməlidir", - deyə R.Mahmudov bildirib. Ekspertin fikrincə, kanallarda yayımlanan seriallar insanları kütləşdirir: "Nə qədər insan tanıyıram ki, tamam kütləşib. Seriallar xalqın evini yıxır. Normal seriallar versələr yenə də, eybi yoxdur. Serialda 2 bacının kişi davası gedir. Bacılardan birinin əri onu boşayıb, digərini alır". Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu” – Rəşid Mahmudovdan kəndliləri təhqir edənə SƏRT CAVAB
Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov sosial şəbəkədə kənd camaatını təhqir edən "Bakı Metropoliteni”n...